Ucnoqta.az
www.ucnoqta.az

Yaponiya və ABŞ birgə hava təlimləri keçirib

17:14 - 12 İyul 2023 tarixində dərc olunub.

Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasına cavab olaraq Yaponiya və ABŞ birgə hava təlimləri keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər cənub-qərbdəki Kyuşu adasının şərqində baş tutub. Təlimdə Yaponiya Hava Özünümüdafiə Qüvvələrindən dörd "F-2" qırıcısı və ABŞ Silahlı Qüvvələrindən iki "F-15C" qırıcısı və bir "KC-135" yanacaq dolduran təyyarəsi iştirak edib.

Təlimlər Şimali Koreyanın növbəti buraxılışı fonunda vəziyyətin istənilən gərginləşməsinə cavab verməyə Yaponiya və ABŞ-ın birgə hazırlığını nümayiş etdirmək üçün nəzərdə tutulub.

Müəllif: Ucnoqta.az redaksiyası