Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb

10:47 - 12 İyul 2023 - ÖLKƏ İÇİ

2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 44510 nəfər istiqamətləndirilib.

Bu barədə Ucnoqta.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1377 nəfərindən 744-nün istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Qeyd edək ki, 2022-ci ildə narkotik vasitə istifadəçilərin sayı ölkə üzrə 35 min 97 nəfər olub.

Xəbər xətti