NATO Rusiyanı Dnestryanıdan sülhməramlılarını çıxarmağa çağırıb

20:41 - 11 İyul 2023 - DÜNYA

NATO Moldovanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, Rusiyanı Dnestryanıdan sülhməramlılarını çıxarmağa çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Vilnüsdə keçirilən sammitin birinci günündən sonra dərc olunmuş sammitin yekun bəyanatında deyilir.

“Biz Moldova Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik və Rusiyanı Moldovanın razılığı olmadan Dnestryanı bölgədə yerləşən bütün qüvvələrini geri çəkməyə çağırırıq”, - sənəddə deyilir.

Alyans üzvləri həmçinin Moldovanın Avropaya inteqrasiya yolunda irəliləyişinə dəstək verəcəklərini vəd ediblər.

Yekun bəyannamədə deyilir: “Moldova təhlükəsizlik və müdafiə qabiliyyətini gücləndirmək və silahlı qüvvələrini modernləşdirmək üçün çalışdığı bir vaxtda NATO genişləndirilmiş müdafiə gücləndirilməsi paketinin bir hissəsi kimi əməli yardım göstərməyə davam edəcək”.

Rusiya sülhməramlıları 1992-ci il iyulun 21-də Rusiya Federasiyası prezidentləri tərəfindən imzalanmış Moldovanın Dnestryanı bölgəsində silahlı münaqişənin sülh yolu ilə nizamlanması prinsipləri haqqında Sazişə uyğun olaraq 29 iyul 1992-ci ildə döyüş zonasına daxil edilmişdir. 

Xəbər xətti