NATO ölkələri Ukraynanın alyansa qoşulması ilə bağlı bəyannamənin mətni ilə bağlı razılığa gəliblər

19:36 - 11 İyul 2023 - DÜNYA

NATO ölkələrinin liderləri Ukrayna ilə gələcək münasibətlərin müəyyənləşdirilməsi və ölkənin alyansa qoşulması məsələsində razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Reuters məlumat yayıb.

Məlumata görə, sənədin yekun variantında qeyd edilir ki, NATO Kiyevdən müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə Alyansa qoşulmaq üçün dəvət göndərə biləcək.

Xəbər xətti