Araz çayında batan ata və oğulun meyitləri çıxarılıb- YENİLƏNİB

18:28 - 11 İyul 2023 - HADİSƏ

İmişlidə Araz çayında batan 2018-ci il təvəllüdlü Rəvan Əliyevin də meyiti sudan çıxarılıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 5 yaşlı uşağın meyiti 1 kilometr aralıda tapılıb.

Qeyd edək ki, hadisə bu gün saat 15 radələrində baş verib. Belə ki, İmişlinin Şahverdili kəndi ərazisindən keçən Araz çayında həmin kəndin sakinləri – Asif Əliyev və onun övladı Rəvan Əliyevin batması barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in dalğıcları cəlb edilib.

Sudan çıxarılan cəsədlər aidiyyəti üzrə təhvil verilib.

17:09

İyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan 2 nəfərdən birinin meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri meyiti aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.

Xəbər xətti