Somalinin paytaxtı Moqadişonun beynəlxalq hava limanına enən zaman sərnişin təyyarəsi qəzaya uğrayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin mülki aviasiya idarəsi məlumat yayıb. Məlumata görə, nəticədə bir neçə nəfər xəsarət alıb.
Təyyarədə 30 sərnişin və dörd ekipaj üzvü olub. Aviasiya orqanlarının məlumatına görə, ölən olmayıb.