Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib - FOTO

15:08 - 11 İyul 2023 - ÖLKƏ İÇİ

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mikayıllı kənd və Bankə qəsəbə sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.   
     
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələr çıxış edərək kənd və qəsəbə haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat veriblər.

Çıxış edənlər “Ali Baş Komandan cənab İlham Əliyevin Böyük Qayıdış siyasəti, bu gün işğaldan azad olunan ərazilərdə uğurla icra olunur”    mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və  44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin siyasətinin, ordumuzun gücü ilə torpaqlarımızın düşməndən azad olunması, azad olunan ərazilərdə aparılan quruculuq işlərini görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunması, işğaldan azad olunan ərazilərimizin abadlaşması, doğma torpaqlarından köçmüş vətəndaşlarımızın yenidən öz ata- baba torpaqlarına qayıtması və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbulda ilk öncə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın 18 aprel 2023-cü il tarixində Neftçala rayonuna səfəri zamanı Bankə qəsəbəsində yeni inşa olunan Bankə qəsəbə 2 saylı məktəbin açılışı və rayonda aparılan abadlıq-quruculuq işləri, 2022-ci ildə keçirilən səyyar qəbul zamanı vətəndaşların təkliflərinin həlli istiqamətində görülən işlərlə əlaqədar təşəkkürlərini bildiriblər, qəsəbə daxili drenaj kanalların təmizlənməsi, su sayğaclarının quraşdırılması, telekomunikasiya xətlərinin yenilənməsi, kənddaxili yolların təmir olunması, su tutarlarının təmizlənməsi, elektrik təsərrüfatının yenilənməsi, kənd əhalisinin mavi yanacaqla təmin olunması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.


Xəbər xətti