Taliban İsveçin Əfqanıstandakı missiyalarının işini dayandırdı

10:16 - 11 İyul 2023 - DÜNYA

Stokholm müsəlmanlardan üzr istəyənə qədər Kabil ölkədə "İsveçin istənilən fəaliyyətini" dayandırır

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkədə hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının nümayəndəsi Zabiullah Mücahid "Twitter"də yazıb. Bildirilir ki, Stokholm Quranın təhqir olunması ilə bağlı müsəlmanlardan üzr istəməyincə İsveçin Əfqanıstandakı missiyalarının işi bərpa olunmayacaq.

Taliban həmçinin digər müsəlman ölkələrini Stokholmla əlaqələrə yenidən baxmağa çağırıb.

Qalmaqallı aksiya polisin icazəsi ilə iyunun 28-də İsveç paytaxtının mərkəzindəki Medborjarplatsen meydanında baş verib. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb.

Xəbər xətti