Yaponiyanın cənub-qərbində güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 6 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda mətbuat konfransında bildirib.
O, bildirib ki, hazırda 6 nəfərin öldüyü, 2 nəfərin yaralandığı, daha 3 nəfərin itkin düşdüyü barədə məlumat var. Axtarışlar davam etdirilir.
Ötən həftənin sonundan Yaponiyanın cənub-qərbində güclü leysan yağışları davam edir. Oita, Saqa və Fukuoka prefekturalarının bəzi ərazilərində yağıntının miqdarı 55 mm/saat ilə 92 mm/saat arasında dəyişib. Bu, çaylarda daşqınlara və sürüşmələrə səbəb olub.
Həmçinin nəqliyyat əlaqələri pozulub, “Toyota” avtokonserninin zavodlarının fəaliyyəti dayandırılıb.