Ərdoğan, Kristersson və Stoltenberq arasında görüşün başa çatması ilə bağlı xəbər yayılıb
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberqin Stokholmun Şimali Atlantika Alyansına daxil olması məsələsi ilə bağlı Vilnüsdəki görüşü iki saata yaxın davam edib. Görüşün nəticələri ilə bağlı mətbuata açıqlama verilməyib.
Görüş alyansın baş katibinin təşəbbüsü ilə çərşənbə axşamı NATO sammitinin açılışı ərəfəsində, Ankaranı İsveçin təşkilata üzvlüyü ilə bağlı mövqeyinə yenidən baxmağa inandırmaq məqsədilə baş tutub.