İsveçin baş naziri Ulf Kristersson bazar ertəsi alyansın Vilnüsdə keçiriləcək sammitindən əvvəl bildirib ki, İsveç NATO-ya üzv olmağa artıq hazırdır.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin rəhbərinin sözləri hökumət aparatının press-relizində verilir.
"Biz NATO-ya üzv olmaq üçün məqsədyönlü işləmişik və Türkiyə və digər üzv dövlətlərlə dialoq davam edir. İsveç müdafiə alyansındakı 32 müttəfiqdən biri olmağa hazırdır", - Kristersson bildirib.
İclasda İsveçin baş naziri təhlükəsizlik və müdafiə siyasətinin cari məsələlərinin müzakirə olunacağı üç işçi sessiyada iştirak edəcək. Bazar ertəsi o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparacaq.