Kiyev Belarusla sərhəddə mövqelərini gücləndirir

13:10 - 10 İyul 2023 - DÜNYA

Ukrayna qoşunlarının Belarusla sərhəddəki mövqeləri tezliklə daha güclü mühəndis sədləri ilə əhatə olunacaq, həmçinin silah və hərbi texnika ilə gücləndiriləcək

Ucnoqta.az xəbər verir ki, Ukrayna Birgə Qüvvələrinin komandanı Sergey Naev Telegram kanalında bildirib.

Komandan qeyd edib ki, Jitomir, Rovno və Volın rayonları daxilində şimal əməliyyat zonasının müdafiə imkanlarımızın yoxlanılması başa çatıb. Administrasiyalara və əsgərlərimizə müdafiə xətlərinin və mövqelərinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib. Tezliklə təhdid zonaları daha möhkəm şəkildə əhatə olunacaq. 
Naev əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin müxtəlif vəziyyətlərdə hazırlığı da başlayıb, birbaşa dövlət sərhədi boyunca tapşırıqları yerinə yetirən bölmələr silah və hərbi texnika ilə gücləndiriləcək.

Xəbər xətti