Şərqi Qazaxıstan vilayətinin Akbulak və Egindibulak kəndləri arasında, Kürçüm rayonunda sulfat turşusu olan yük maşını aşıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə YK-news.kz məlumat yayıb.
Regional Rabitə Xidmətindən verilən məlumata görə, qəza nəticəsində ətrafa 20 tona yaxın sulfat turşusu dağılıb.
Hadisə yerində çirklənmiş torpağın qazılması planlaşdırılıb.
Hazırda qəzanın səbəbləri araşdırılır.