Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bazar günü ABŞ prezidenti Co Baydenlə telefonla Ukrayna və İsveçin NATO üzvlüyü, ikitərəfli əlaqələr və Amerika F-16 qırıcılarının alınmasını müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası danışıqların yekunlarına dair məlumat yayıb.
Danışıqlar zamanı Ukrayna və İsveçin NATO-ya üzvlüyü, F-16-ların tədarükü, Türkiyənin Aİ-yə tam inteqrasiyası məsələləri müzakirə edilib. Liderlər həmçinin NATO-nun Vilnüs sammiti çərçivəsində ətraflı müzakirələr aparmaq barədə razılığa gəliblər.
Həmçinin, Ərdoğan Baydenlə taxıl müqaviləsi ətrafındakı vəziyyəti də müzakirə edib.