Emin Əmrullayevin müzakirələrə səbəb olan çıxışı - Əslində nə deyib? - VİDEO

18:03 - 9 İyul 2023 - ÖLKƏ İÇİ

Elm və təhsil naziri Emin Əmrullayevin iyulun 6-da şagirdlərin oxuyub anlama bacarıqları ilə bağlı çıxışı müzakirələrə səbəb olub. Bir sıra ictimaiyyət nümayəndələri nazirin bu fikirlərini tənqid ediblər.

Ucnoqta.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sözügedən müzakirələrə münasibət bildirib:

"İyulun 6-da elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərimizlə görüşdə vacib mesajlar səsləndirdi. Onlardan biri də şagirdlərimizin oxuyub anlama bacarıqları ilə bağlı mövcud problemləri idi.

Təəssüf ki, bir sıra ictimai şəxslər məsələnin mahiyyətinə varmadan Emin müəllimin səsləndirdiyi fikirləri təhrif etməklə qeyri-düzgün ifadələr işlədirlər.

Elm və təhsil nazirliyi hər zaman açıq dialoq formatını seçib və ictimai fikrə böyük hörmətlə yanaşıb. Ümid edirəm ki, təqdim olunan videoda cənab nazirin şagirdlərin beynəlxalq qiymətləndirmə bacarıqlarının ölçülməsi ilə bağlı mötəbər tədqiqata əsaslanan fikirləri düzgün (əslində olduğu kimi) anlaşılacaq". 

Nazirin həmin çıxışını təqdim edirik:

Xəbər xətti