Moskvanın qərbində bir qrup şəxs arasında baş verən məişət münaqişəsi atışma ilə başa çatıb, nəticədə bir nəfər xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar günü TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə gecə saat 02:10 radələrində Belovejskaya küçəsində baş verib.
Polis hadisə iştirakçılarının kimliyini müəyyən edib, onlar əlavə araşdırma üçün polis şöbəsinə aparılıb.
Hüquq-mühafizə orqanlarından əlavə ediblər ki, insident kafenin yaxınlığında baş verib. İlkin məlumatlara görə, dörd nəfərdən ibarət qrup - üç kişi və bir qadın onların müəssisəyə buraxılmamasına qəzəblənib. Daha iki kişi ilə atışma olub, onun iştirakçılarından biri travmatik tapançadan atəş açıb.