Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Sabirabad” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.