Xudatda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 8-ci km-də qeydə alınıb. Hacıbaba Xanmusayev idarə etdiyi "Nissan" markalı avtomobillə atla hərəkətdə olan 38 yaşlı Bəhruz Bayramovu vurub. B.Bayramov aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.