Polşa Belarusla sərhəddə hərbi qruplaşmasını gücləndirir.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tvitterdə Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı 12-ci Mexanikləşdirilmiş Briqada və 17-ci Mexanikləşdirilmiş Briqadadan 1000 əsgər və 200-ə yaxın texnikanın Polşanın şərqinə hərəkət edəcəyini açıqlayıb.