Belarus Braziliyaya Minskin BRİCS dövlətlərarası assosiasiyasına (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) üzv olmaq niyyətini təsdiq edən nota verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Belarus Respublikasının Braziliya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Lukaşeviç Belarusla əməkdaşlığa nəzarət edən Braziliya xarici işlər nazirinin müavini Maria Luisa Esscorel de Moraes ilə görüşüb. Görüş çərçivəsində Braziliya tərəfinə Belarusun BRİKS-in tamhüquqlu üzvü olmaq niyyətini təsdiq edən nota verilib”, - məlumatda deyilir.