Zaqatalada xəstəxanada ölən 11 yaşlı qızla bağlı bəzi təfərrüatlar məlum olub

17:41 - 7 İyul 2023 - HADİSƏ

Zaqatalada xəstəxanada ölən 11 yaşlı qızla bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, əslən İmişli rayonundan olan 11 yaşlı Dəniz Elnur qızı Nuri ailəsi ilə birlikdə Bakı şəhərində yaşayıb. Zaqatalaya gəlməzdən əvvəl onlar Tovuz və Şəki rayonlarında olublar. Zaqatalaya gəlməzdən əvvəl D. Nurinin səhhətində olan problemlərlə bağlı Tovuz və Şəki rayonlarının xəstəxanalarına müraciət olunub. Daha sonra D. Nuri və ailəsi Zaqatalanın Bəhmətli kəndinə qonaq gəliblər. Bu gün saat 11 radələrində D. Nurinin səhhətində olan problemlərlə bağlı ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcilli yardım şöbəsinə müraciət olunub. Uşaq xəstəxanaya daxil olduqdan 20-25 dəqiqə sonra bioloji ölüm qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti