Ukrayna prezidenti Volodimir Zelenski iyulun 11-12-də Vilnüsdə NATO sammiti çərçivəsində keçiriləcək Ukrayna-NATO Şurasının ilk iclasında iştirak edəcək. Bunu cümə günü NATO-nun baş katibi Yens Stoltenberq iclasdan əvvəl keçirdiyi mətbuat konfransında deyib.
"Alyans liderlərinin Ukraynanı NATO-ya yaxınlaşdırmaq üçün üç elementdən ibarət paket üzərində razılığa gəlmələrini gözləyirəm. Paketə çoxillik qarşılıqlı fəaliyyətə kömək proqramı, təkmilləşdirilmiş siyasi əlaqələr - Prezident Zelenskinin yeni NATO-Ukrayna Şurasının ilk iclasında iştirakı və Ukraynanın NATO-ya üzv olacağının təsdiqi daxildir”, - deyə o bildirib.///tass