Xaçmazda əkiz qardaşlar mülk üstündə dava edib, biri digərini öldürüb - YENİLƏNİB

18:35 - 7 İyul 2023 - HADİSƏ

Xaçmaz rayonunda əkiz qardaşların meyitinin tapılmasının təfərrüatı məlum olub.

Yerli sakinlərin “Report”un Şimal bürosuna verdiyi məlumata görə, Bakı şəhər sakinləri - 1992-ci il təvəllüdlü İsgəndərov Orxan Mirzə oğlu rayonun Yalama qəsəbəsi, Meşəli kəndində babasına məxsus mülkün ona aid olduğunu bildirib.

Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.

16:36

İyulun 7-si saat 15 radələrində Xaçmaz rayonu, Yalama qəsəbəsi, Meşəli kəndində yerləşən evlərin birində 1992-ci il təvəllüdlü əkiz qardaşlar - Orxan və Kamran İsgəndərovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Xaçmaz rayon prokurorluğdan məlumat verilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq edilir.

Xəbər xətti