Çexiyanın baş naziri Ukrayna üçün NATO və Aİ-yə qapıları açmağa çağırıb

14:45 - 7 İyul 2023 - DÜNYA

Aİ və NATO Ukrayna xalqının üzünə qapıları açmalıdır

Ucnoqta.az  Reuters-ə istinadən xəbər verir ki, bunu Çexiyanın baş naziri Petr Fiala deyib. O, qeyd edib ki, Ukraynanın gələcəyi Avropa İttifaqı və NATO hərbi alyansındadır. Baş nazir, bunu Praqada Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

O, həmçinin əlavə edib ki, bu, Ukraynadakı münaqişədən asılı olmayaraq edilməlidir. Fiala vurğulayıb ki, bu qarşıdurmanın nə vaxt bitəcəyini söyləmək hələlik çətindir.

Xəbər xətti