Yaponiyada bir gündə ABŞ-a məxsus üç təyyarəni ildırım vurub

14:26 - 7 İyul 2023 - DÜNYA

Bir gündə Yaponiya üzərində uçan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç EA-18G Growler daşıyıcı elektron döyüş təyyarəsini ildırım vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Navy Times məlumat yayıb.

Məlumata görə, insident iyulun 6-da təyyarələr Yaponiyanın cənubunda planlı uçuşlar həyata keçirərkən baş verib.

Ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Bildirir ki, hərbi təyyarələrə tez-tez ildırım düşmür. Bununla belə, 2023-cü ildə artıq yeddi belə hal olub.

Xəbər xətti