Cümə günü İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində İsrail hərbçiləri ilə toqquşma zamanı iki fələstinli həlak olub.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Wafa agentliyinin məlumatına görə, İsrail qüvvələri səhər tezdən Nablus şəhərinin mərkəzi rayonlarına daxil olub və orada bir neçə evdə axtarış aparıblar. Toqquşmalar olub, bundan sonra İsrail əsgərləri bir qrup fələstinliyə atəş açıb. Onlardan ikisi həlak olub, daha üçü güllə yarası ilə yerli xəstəxanaya aparılıb.///tass