Bakıda avtomobil vurması nəticəsində komaya düşən qadın 50 gün sonra dünyasını dəyişib.
Yol qəzası mayın 17-də Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsində baş verib.
Həmin gün saat 12 radələrində Elmin Əsgərov adlı sürücü “Toyota Prius” markalı avtomobilini arxa-arxaya hərəkət etdirərkən yolu keçən Bespalova Yevgeniya Borisovnanı vurub. Ağır kəllə-beyin travması alan qadın koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq o, iyulun 6-sı Yeni Klinikada vəfat edib.
Qeyd edək ki, Yevgeniya Bespalova mədəniyyət sahəsində fəaliyyət göstərirmiş.