Azərbaycanda vəzifəli şəxs aptekə  BASQIN ETDİ

09:09 - 7 İyul 2023 - HADİSƏ

Astara rayonunda aptekə basqın olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb. Emil Kazımova məxsus aptekə gələn rayonun Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadov aptek sahibinə hədə-qorxu gələrək 40 min dollar tələb edib.

Sahibkar bu barədə dərhal polisə məlumat verib.

Faktla bağlı araşdırılma aparılır.

Xəbər xətti