Yaponiyanın baş naziri Kişida NATO sammitində iştirak edəcək

08:31 - 7 İyul 2023 - DÜNYA

Yaponiyanın baş naziri Fumio Kişida NATO və Yaponiya-Aİ sammitlərində iştirak etmək üçün Avropaya səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno bildirib ki, baş nazir Fumio Kişida iyulun 11-13-də Litvada Vilnüsə və Belçikada Brüsselə səfər edəcək. Litvada o, NATO sammitində, Belçikada - Yaponiya-Aİ-nin növbəti sammitində iştirak edəcək. Baş nazir Kişidanın NATO-nun bu il keçiriləcək sammitində iştirakı ikinci dəfə olacaq.

Xəbər xətti