Çin ABŞ-ı İrana qarşı bütün birtərəfli sanksiyaları ləğv etməyə çağırıb

20:11 - 6 İyul 2023 - DÜNYA

Çin ABŞ-ı nüvə proqramı ilə bağlı İrana qarşı bütün birtərəfli sanksiyaları və məhdudlaşdırıcı tədbirləri ləğv etməyə çağırır.

Ucnoqtaaz TASS-a istinadən xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq dünya təşkilatının Təhlükəsizlik Şurasının Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə 2231 saylı qətnamə üzrə iclasında çıxışı zamanı deyib.

“Çin ABŞ-ı İrana və digər tərəflərə qarşı bütün birtərəfli sanksiyaları və məhdudlaşdırıcı tədbirləri ləğv etməyə və gücdən istifadəni dayandırmağa çağırır.

"Bütün tərəflər rasional yanaşmanı qoruyub saxlamalı və İran məsələsini digərlərindən ayrı nəzərdən keçirməli, gərginləşə və diplomatik və siyasi qərarları poza biləcək hər hansı neqativ addımlardan çəkinməlidir", - diplomat BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib.

Xəbər xətti