Doqquz təyyarə tipli dron Belqorod vilayətində böyük neft anbarı və elektrik yarımstansiyasına hücum etməyə cəhd edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Onlardan altısının vurulduğu, lakin ərazidə hava hücumundan müdafiə sisteminin hələ də fəaliyyət göstərdiyi qeyd edilir. Eyni zamanda, ilkin məlumata görə, hazırda zərərçəkən olmayıb və dağıntı qeydə alınmayıb.
Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Belqorod və Belqorod vilayəti üzərində hava hücumundan müdafiə sisteminin işlədiyini bildirib.