Bayden və Ərdoğan NATO-nun Vilnüs sammiti zamanı görüşə bilər

19:38 - 6 İyul 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammiti çərçivəsində danışıqlar apara bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda iki ölkə liderləri arasında qısa danışıqların təşkili istiqamətində iş aparılır. Görüşdə İsveçin Türkiyənin dəstəkləmədiyi Şimali Atlantika Alyansına üzvlük məsələsinin müzakirə olunacağı gözlənilir.///tass

Xəbər xətti