Stoltenberq NATO-nun Vilnüs sammitində İsveçin alyansa qoşulmayacağını bildirib

19:04 - 6 İyul 2023 - DÜNYA

İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitində İsveç heç bir halda alyansa üzv ola bilməyəcək, çünki Türkiyə tərəfindən bu vaxta qədər ərizənin ratifikasiyası hətta Ankaranın razılığı ilə də mümkün deyil.

Ucnoqta.az xəbər verir ki,bunu cümə axşamı Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə, İsveç və Finlandiya liderləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Mümkün olan və əldə etmək istədiyimiz sammitdə Türkiyənin ratifikasiyaya razı olacağı müsbət qərardır. Amma hələ görüləcək işlər var. Ratifikasiya bazar ertəsi baş tutmayacaq, amma biz siyasi həllə nail ola bilərik". o, Vilnüsdə keçiriləcək sammitdə İsveçin NATO-ya üzv olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

Xəbər xətti