İsrail Livanın cənubuna iki raket buraxıb

12:30 - 6 İyul 2023 - DÜNYA

İsrail Livanın cənubundakı hədəflərə iki raket atıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Zərbə Livandan raket buraxılışına cavab olub. Bu arada “Əl-Hədas” kanalı BMT-nin Livandakı Müvəqqəti Qüvvələrindəki mənbəyə istinadən bildirib ki, sülhməramlılar Livan ərazisindən İsrailə doğru raket buraxılmasını qeydə almayıblar. Kanalın həmsöhbəti iki ölkənin sərhədində köhnə minaların partlaya biləcəyini irəli sürüb.

Xəbər xətti