"Vaqner" hərbi dəstəsinin rəhbəri Yevgeni Priqojin hazırda Belarus ərazisində deyil
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, hazırda "Vaqner" PMC-nin döyüşçüləri Rusiyada daimi düşərgələrindədir. Lukaşenko bildirib ki, “Wagner PMC” döyüşçülərinin Belarusa hərəkəti şirkət rəhbərliyindən və Rusiya hakimiyyət orqanlarından asılıdır.