Bolqarıstanın baş naziri Zelenskinin ölkəyə səfərini təsdiqləyib

10:55 - 6 İyul 2023 - DÜNYA

Bolqarıstanın baş naziri Nikolay Denkov Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəyə səfərini təsdiqləyib və Bolqarıstan dövlətinin başçısı Rumen Radevi ukraynalı həmkarı ilə görüşə dəvət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyasının portalı məlumat yayıb.

“Prezidentə zəng edib dedim: Zelenski gələcək, ona görə də nəzərə alın, onunla görüşüb-görüşməyəcəyinizə qərar verin”, - Denkov bildirib.

Xəbər xətti