Böyük Britaniya və Polşa strateji tərəfdaşlıq sazişi imzalayıblar
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında yayılan məlumatda bildirilir ki, Böyük Britaniya və Polşa beynəlxalq siyasət, təhlükəsizlik və müdafiə sahələrində strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli və müdafiə naziri Ben Uolles bu gün Polşanın xarici işlər naziri Zbiqnev Rau və müdafiə naziri Mariuş Blaşçak ilə 2030-cu ilə qədər yeni ikitərəfli Tərəfdaşlıq Sazişi imzalayıb.
Müqavilə Belarus və Çinlə bağlı bir sıra məsələləri əhatə edir, müdafiə əməliyyatları sahəsində əməkdaşlığa təsir göstərir.
Qeyd olunur ki, bu, Böyük Britaniya və Polşa arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq haqqında 2017-ci ildə imzalanmış sazişə əsaslanır.