İsveçin NATO-ya üzvlüyü ilə bağlı növbəti danışıqlarda Ankaranı Xarici İşlər Nazirliyinin, xüsusi xidmət orqanlarının rəhbərləri və Türkiyə prezidentinin rəsmi nümayəndəsi təmsil edəcək.
Ucnoqta.az xəbər verir ki, görüş iyulun 6-da Brüsseldə keçiriləcək və NATO-nun 11-12 iyulda Vilnüsdə keçirilməsi planlaşdırılan sammitindən əvvəl sonuncu olacaqdır.
Görüş NATO-nun baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə keçirilir. Burada Türkiyə, Finlandiya və İsveç nümayəndələri iştirak edəcək. Ankara nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Türkiyə liderinin baş müşaviri Akif Çağatay Kılıç daxildir. ///tass