Bolqarıstanın müdafiə naziri Todor Taqarev Ukrayna prezidenti Vladimir Zelenskinin iyulun 6-da Sofiyaya gəlişi ilə bağlı məlumatın sızmasından təəssüfləndiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Səfər əvvəlcə “təhlükəsizlik baxımından” gizli saxlanılsa da, bir gün əvvəl diplomatik mənbələr Bolqarıstanın 24chasa.bg nəşrinə planlar barədə məlumat veriblər.
Taqarev Zelenskinin Bolqarıstana səfərini təsdiqləyib və üzr istəyib.
“Biz bir müddətdir ki, belə bir səfərə hazırlaşırdıq, bu, açıq deyil. Təəssüf edirəm ki, məlumat ictimaiyyətə sızdırılıb”, - deyə Taqarev bildirib.