Münhendə Hitler tərəfindən dağıdılmış sinaqoqun qalıqları tapılıb

17:04 - 5 İyul 2023 - DÜNYA

İnşaatçılar Münhenin əsas sinaqoqunun xarabalıqlarını Adolf Hitlerin sökülməsi əmrindən 85 il sonra çayda tapıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə BBC yazıb.

Məlumata görə, yəhudi icması bu tapıntıdan çox sevinib. Sinaqoq 1938-ci ilin iyununda Hitler onu "göz ağrısı" adlandırdıqdan sonra sökülüb.

Sinaqoqu dağıdan Leonhard Moll tikinti şirkəti qalıqları 1956-cı ilə qədər Münhenin qərbindəki yerində saxlayıb. Sonra böyük Grossgesselocher bəndinin yenidən qurulması üçün çaya təxminən 150 ton daş atılıb.

Xəbər xətti