Fidan və Blinken taxıl müqaviləsini və İsveçin NATO-ya üzvlüyünü müzakirə ediblər

16:54 - 5 İyul 2023 - DÜNYA

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Etoni Blinkenlə telefonla danışıblar

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi danışıqların yekunlarına görə məlumat yayıb. Məlumata görə, iyulun 17-də müddəti başa çatacaq Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi, İsveçin NATO-ya daxil olması və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə məsələlərini müzakirə edib.

“Söhbət zamanı NATO-nun genişlənməsi, İstanbul taxıl sazişi, o cümlədən sintetik narkotik təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq və iyulun 7-də ABŞ-da bu problemə həsr olunmuş beynəlxalq görüş müzakirə edilib”.

Xəbər xətti