Britaniya İranı məhkəməyə verir

16:29 - 5 İyul 2023 - DÜNYA

Böyük Britaniya İranı 2020-ci ildə Ukraynasərnişin təyyarəsinin vurulmasına görə məhkəməyə verir

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə Ukrayna, Kanada və İsveçə qoşularaq Beynəlxalq Ədalət Məhkəməsindən İranın Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 reysini 8 yanvar 2020-ci ildə qanunsuz olaraq vurduğunu müəyyən etməsini tələb edir.

Ölkələr həmçinin məhkəmədən Tehranın üzr istəməsini və həlak olanların ailələrinə təzminat ödəməsini tələb edir.

Xatırladaq ki, o zaman təyyarə İran Hərbi Hava Qüvvələri bazasından atılan iki yer-hava raketi ilə vurularaq Tehran hava limanından 15 kilometr aralıda yerə çırpılıb. Təyyarədə olan 176 nəfərin hamısı - 167 sərnişin və 9 ekipaj üzvü həlak olub. Onların arasında ingilislər də var idi.

Xəbər xətti