Fransa hökuməti iğtişaşlar zamanı sosial şəbəkələrə məhdudiyyətlərin nəzərdən keçirilməsini təklif edib
Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabinetinin sözçüsü Olivier Veran çərşənbə günü bildirib ki, Fransa hökuməti kütləvi iğtişaşlar halında rəqəmsal platformalara əlavə məhdudiyyətlərin qoyulmasını nəzərdən keçirmək üçün parlament üzvlərindən ibarət partiyalararası qrup yaratmağı planlaşdırır.
Veran qeyd edir ki, bu, iğtişaşlar zamanı "gənclərə müəyyən bir yerdə toplaşmaq, yerləri və necə yandırmaq lazım olduğunu göstərməyə imkan verən" geolokasiyanın paylaşılması kimi bəzi xüsusiyyətlərin söndürülməsini əhatə edə bilər.