Böyük Britaniya Myanmaya təyyarə hissələri tədarük edən Rusiyanın TD Sins Avia şirkətini sanksiyalardan çıxarıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məhdudiyyətlər altında olan fiziki və hüquqi şəxslərin yenilənmiş siyahısında məlumat yayılıb.
Böyük Britaniyanın hakimiyyət orqanları Sins Avia-nın niyə sanksiyalardan geri çəkildiyini izah etməyib. Krasnodarda qeydiyyatdan keçmiş şirkətə qarşı aktivlərin aşkar ediləcəyi təqdirdə dondurulmasını nəzərdə tutan məhdudiyyətlər 2022-ci ilin iyununda tətbiq edilib.