Rusiya Ukraynadakı müharibə zamanı döyüş qabiliyyətinin demək olar ki, yarısını itirib
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Qərargah rəisi Entoni Radakin bildirib.
"Keçən il o, (RF) 10 milyon artilleriya mərmisi atıb və indi ən yaxşı halda ildə 1 milyon mərmi istehsal edə bilər. O, 2500 tank itirib və ən yaxşı halda ildə 200 tank istehsal edə bilər", - Radakin deyib.
O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının əsas zərbəsi hələ qarşıdadır.