ABŞ-ın Müstəqillik Günündə atışmada 9 nəfər yaralanıb

12:36 - 5 İyul 2023 - DÜNYA

ABŞ-ın Müstəqillik Gününü qeyd edən 9 nəfər Vaşinqtonda atışma nəticəsində yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Böyükşəhər Polis İdarəsinin rəisinin köməkçisi Lesli Parsons məlumat verib.

Ümumilikdə doqquz zərərçəkmiş var. Onlardan ikisi azyaşlıdır: birinin doqquz yaşı, digərinin on yeddi yaşı var.

Polis nümayəndəsinin sözlərinə görə, insident yerli vaxtla çərşənbə günü gecə şəhərin şimal-şərqində baş verib. Zərərçəkənlərdən bəziləri həkimlər və yanğınsöndürənlər tərəfindən xəstəxanalara çatdırılıb. 

Xəbər xətti