ABŞ-ın Müstəqillik Gününü qeyd edən 9 nəfər Vaşinqtonda atışma nəticəsində yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyükşəhər Polis İdarəsinin rəisinin köməkçisi Lesli Parsons məlumat verib.
Ümumilikdə doqquz zərərçəkmiş var. Onlardan ikisi azyaşlıdır: birinin doqquz yaşı, digərinin on yeddi yaşı var.
Polis nümayəndəsinin sözlərinə görə, insident yerli vaxtla çərşənbə günü gecə şəhərin şimal-şərqində baş verib. Zərərçəkənlərdən bəziləri həkimlər və yanğınsöndürənlər tərəfindən xəstəxanalara çatdırılıb.