Sibir yarası ilə xəstələnən rusların sayı artıb - bu diaqnoz Tuvanın daha üç sakininə qoyulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS regional Rosselxoznadzorun mətbuat xidmətinin bəyanatına istinadən yazıb.
"Bu günə qədər Tıva Respublikasının Barun-Xemçik rayonunda dörd nəfərdə qarayara diaqnozu təsdiqlənib", - agentlik bildirir.
Respublika Səhiyyə Nazirliyi hələlik məlumatı təsdiqləməyib.