Belarusun nəqliyyat naziri 47 yaşında vəfat edib

11:06 - 5 İyul 2023 - HADİSƏ

Belarusun nəqliyyat və rabitə naziri Aleksey Avramenko 47 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə nazirliyin teleqram kanalında məlumat yayılıb.

“Belarusun nəqliyyat və kommunikasiyalar naziri Aleksey Avramenko 47 yaşında qəflətən dünyasını dəyişib”, - məlumatda deyilir.

Ölümün səbəbi dəqiqləşdirilməyib. Departament nazirin ailəsinə və yaxınlarına başsağlığı verib.

Avramenko 1977-ci ildə Minskdə anadan olub.

Xəbər xətti