İsmayıllı rayonu, Burovdal kəndi yaxınlığındakı dağlıq ərazidə tur ovlayan şəxs saxlanılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Xaliq Mirzəyev Ucnoqta.az-a bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin İsmayıllı rayonu, Candahar kənd sakini Rövşən Cavadov olduğu müəyyən edilib.
“Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb”, - X.Mirzəyev deyib.